Türkiyəyə məxsus təyyarə quş sürüsü ilə toqquşdu
İstanbul-Brüssel uşuşunu həyata keçirən təyyarə quş sürüsü ilə toqquşub.
Gunaz.az türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarənin matoruna ziyan dəyib.
Təyyarə dərhal geri dönərək hava limanına enib və sərnişinlər təxliyə edilib.Türkiyə Hava Yollarına məxsus A321 təyyarəsi bu gün səhər saat 08:00-da havaya qalxmışdı. Havaya qalxdıqdan bir müddət sonra təyyarə gözlənilmədən quş sürüsü ilə toqquşub. Özünü itirməyən pilot dərhal geri dönüş üçün Atatürk hava limanına enib. Sərnişinlər təxliyyə edildikdən 2 saat sonra başqa bir təyyarə ilə Brüsselə yola salınıb.