Pakistanda partlayış: 5 ölü

Pakistanda partlayış: 5 ölü
Pakistanın şimal-qərbində Navaqay yaşayış sahəsində yol kənarında məsafədən idarə olunan bomba partladılıb.
GUNAZ.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 5 nəfər həlak olub.
Məlumata əsasən, təhlükəsizlik xidməti əməkdaşları ərazini mühasirəyə alıblar və terrorçuların axtarışına başlayıblar. Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
скачать dle 12.1
Geri qayıt