Tacikistanda milli geyim məcburi oldu

Tacikistanda milli geyim məcburi oldu

Tacikistan prezidenti Emoməli Rəhmon ənənə və ayinlərin təkmilləşdirilməsi haqqında qanuna düzəlişi təsdiq edib.
GUNAZ.az xəbər verir ki, həmin düzəlişlərə əsasən ölkə vətəndaşlarının milli geyim geyməsi məcburi olacaq.
Qanunda qeyd edilir ki, fiziki və hüquqi şəxslər milli mədəniyyətin rəmzlərinə riayət etməlidirlər - dövlət dilini bilməli, milli geyim geyinməlidirlər. Qanunun pozulması halında cəzalar nəzərdə tutulub.
Yerli mütəxəssislər hesab edir ki, bu addım əslində hicaba qarşı yönəlib. Bir qədər əvvəl Tacikistan prezidenti Emoməli Rəhmon ölkə vətəndaşlarını saqqal saxlamaq və hicab taxmaqdan imtina etməyə çağırmışdı.

 

скачать dle 12.1
Geri qayıt