Evlilik ildönümlərini qeyd edən cütlüyün faciəsi - FOTO

Avqust ayının 17-də İspaniyanın Barselona şəhərində baş verən terror nəticəsində ölənlərdən biri amerikalıdır.
Milli.Az "Metro"ya istinadla bildirir ki, terrorçuların mikroavtobusla Barselonanın Las Ramblas meydanındakı hücumu zamanı dünyasını dəyişən 14 nəfərdən biri Amerika vətəndaşı Jared Tuckerdir.
O, evlilik ildönümlərini qeyd etmək üçün həyat yoldaşı ilə birlikdə Barselonaya gəlmişdi. Lakin Jared terrorun qurbanı olub.
Jaredin 76 yaşlı atası New York Daily News-a açıqlama verib. O bildirib ki, oğlunun ölümü barədə xəbər alanda özünü itirib.
"Morqdakı cəsədin oğlunuza aid olduğunu onun həyat yoldaşı təsdiq etdi", yazılmış bir mesaj aldım. Çox pis oldum, özümü itirdim. Onu çox istəyirdim. İş yoldaşları və dostları da onun xətrini çox istəyirdilər. Bizim hovuz biznesimiz var idi. O, ötən il ailə qurmuşdu".
GUNAZ.az Milli.Az-a istinadən cütlüyün fotolarını təqdim edir:




