ABŞ prezidenti Donald Trampın "Twitter” mikrobloq servisindəki hesabı bu sosial şəbəkənin bazar dəyərini artıraraq 2 milyard dollara çatdırıb. GUNAZ.az xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi "Monness Crespi Hardt & Co.” şirkətinin analitiki Ceyms Kakmaka istinadən məlumat yayıb.
Qeyd olunur ki, Amerika lideri öz hesabında yeni tvitləri yazmaqdan imtina etsə, sosial şəbəkənin dəyəri avtomatik olaraq 20% azalacaq. Belə çıxır ki, Trampın hesabının qiyməti təxminən 400 milyon dollara bərabərdir.
"Birləşmiş Ştatların prezidentindən yaxşı reklam ola bilməz”, - Kakmak deyib.