Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyaya gələn 6-cı nəvəsi haqqında jurnalistlərə açıqlama verib. GUNAZ.azxəbər verir ki, dövlət başçısı jurnalistlərə övlad sahibi olmaqla bağlı tövsiyələrini də verib.
"Adını Canan Aybüke qoyduq. Adını qızım həyat yoldaşı ilə bərabər verdi. Çox şirin və xoşdur. 6-cı nəvəmdir. Allahıma dua edirəm ki, sayı çoxalsın. Millətimin sayı çoxalsın. Həm övlad, həm də nəvə olaraq. Bilmirəm, siz bununla bağlı addımlar atdınızmı?”, - prezident bildirib.
Qeyd edək ki, dövlət başçısının kiçik qızı, iş adamı Özdemir Bayraqdarla evli olan Süməyya Ərdoğan 13 avqustda ana olub.//axar.az