ABŞ prezidenti Donald Tramp ABŞ-ın hərbi arsenalının Şimali Koreya ilə döyüşə hazır olduğunu bəyan edib. GUNAZ.azxəbər verir ki, "Hərbi arsenalımız artıq tam öz yerindədir, doldurulub və döyüşə hazırdır, əgər Şimali Koreya özünü ağıllı aparmasa", - o, "Twitter"də yazıb.
D.Tramp ümid etdiyini bildirib ki, Şimali Koreya lideri Kim Çen In başqa yol tapacaq.
Xatırladaq ki, D. Tramp son günlər Şimali Koreya ilə bağlı sərt bəyanatlar verir.