Əfqanıstanda "Taliban” silahlı qruplaşma üzvlərinin hücumu nəticəsində 40 hərbçi ölüb. GUNAZ.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə ölkənin Qəndəhar vilayətində baş verib.
Taliblər hərbi bazaya hücum edib. Nəticədə onlarla Əfqanıstan ordusunun əsgərləri arasında döyüş olub. Döyüş 5 saat davam edib.