Türkiyə Rusiyadan “S-400”-ləri aldı

Türkiyə Rusiyadan “S-400”-ləri aldı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiyadan "S-400” tipli zenit-raket komplekslərinin alınması üzrə saziş imzalanıb. 
Bu barədə çərşənbə axşamı, iyulun 25-də, Reuters nəşri məlumat yayıb.
Dövlət başçısı qeyd edib ki, "S-400” hava müdafiə sisteminin tədarükü barədə sənəd artıq hazırdır.
"Rusiya ilə "S-400” sistemlərinin alınması barədə saziş imzalanıb. Allahın izni ilə, yaxın vaxtlarda "S-400” tipli zenit-raket komplekslərini öz ölkəmizdə görəcəyik”, - Ərdoğan deyib.

GUNAZ.az 

скачать dle 12.1
Geri qayıt