Ermənistan ordusunun əsgəri mina partlayışı nəticəsində ağır yaralanıb.
GUNAZ.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb. Məlumata görə,1988-ci il təvəllüdlü, müqavilə əsasında xidmət göstərən hərbçi Qarabağda yerləşən hərbi hissələrin birində xidmət edirmiş. Onun bu gün saat 13:30 radələrində başından və ayağından ağır yaralandığını və hospitala yerləşdirildiyi bilidirilib. Hərbçinin ayağı artıq amputasiya olunub.