İŞİD-in lideri bu adam olacaq - FOTO

İŞİD-in lideri bu adam olacaq - FOTO
Keçən həftə ölüm xəbəri həm Rus, həm Suriya, həm də İŞİD mənbələrindən təsdiq edilən İŞİD lideri Bağdadinin yerinə keçəcək şəxsin adı açıqlanmamışdı. 
GUNAZ.az  ərəb mətbuatına istinadən bildirir ki, artıq  İŞİD-ə liderlik edəcək adamın adı məlum olub.
Gələn xəbərlərə görə İŞİD-in növbəti lideri, terror  təşkilatının Liviyadakı qanadının rəhbəri Cəlaləddin əl-Tunisi olacaqdır. 
Tunisi kimi tanınan və əsl adı Məhəmməd Bin Səlam əl-Ayuni olan terrorist, 1982-ci ildə doğulub və 90-cı illərdə Fransaya köçərək, bu ölkənin vətəndaşlığını alıb. 
2011-ci ildə Ərəb Baharı başlayarkən Tunisə gedən əl-Ayuni, daha sonra Suriyaya gedərək İŞİD-ə qoşulub.
скачать dle 12.1
Geri qayıt