15 iyulda keçiriləcək tədbirlər səbəbindən bu gün İstanbul və Ankarada vacib dövlət əhəmiyyəti olmayan uçuşları həyata keçirəcək mülkü təyyarə və helikopterlərin uçuşuna qadağa qoyulub. GUNAZ.azTürkiyə xəbər agentliklərinə istinadən bildirir ki, qadağa bu gün saat 15:00-dan başlayaraq, 16 iyul 03:00-a qədər davam edəcək.
Verilən xəbərdarlığa görə bu müddətdə Türkiyə dövləti tərəfindən görəvləndirilən dövlət təyyarələri, ambulans, və xilasedici təyyarələrdən başqa bütün mülki təyyarələrin və helikopterlərin Ankara və İstanbulun hava limanlarına enməsi və qalxması qadağan edilib.