Rusiya prezindeti Vladimir Putin ölkəsində benzinin bahalaşmasına münasibət bildirib. GUNAZ.azlenta.ru-ya istinadən xəbər verir ki, prezident artımın müxrəlif səbəblərinin olduğunu, o cümlədən burada xarici yanacaq bazarının konyukturasının da rol oynadığını deyib.
V.Putin deyib ki, müstəqil bazarın olduğu şəraitdə qonşu ölkələrlə müqayisəfə benzinin qiymətini aşağı saxlamaq mümükün deyil: "Əks təqdirdə "dəmir qapılar” duzəltmək məcburiyyətindəyik. Çünki Rusiyada benzinin qiyməti qonşu ölklərdən ucuz olduğundan yanacağın sərhəddən çıxarılması halları baş verəcək”.
O həmçinin bildirib ki, bahalaşmaya baxmayaraq, Rusiyada benzin hələ də bir çox ölkələrlə müqayisədə ucuzdur.