Tillerson Kiyevə gəlir

Tillerson Kiyevə gəlir
ABŞ dövlət katibi Reks Tillerson iyulun 9-da Ukraynaya səfəri çərçivəsində Prezident Petro Poroşenko ilə görüşəsək.
Bu barədə Ukrayna Prezidentinin Administrasiyası məlumat yayıb.
"Ukrayna və ABŞ prezidentlərinin əldə etdikləri razılaşmanın icrasına uyğun olaraq iyulun 9-da dövlət katibi Reks Tillerson Kiyevdə səfərdə olacaq. ABŞ xarici siyasət idarəsi rəhbərini Prezident Petro Poroşenko qəbul edəcək”, -deyə məlumatda qeyd olunub.
Bununla yanaşı, Ukrayna Prezident Administrasiyası tərəflərin iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsini və digər məsələləri müzakirə edəcəklərini bildirib.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt