7 minlik türk ordusu 4 istiqamətdə hücuma başlayır

7 minlik türk ordusu 4 istiqamətdə hücuma başlayır
Türkiyə Silahlı Qüvvələri 4 istiqamətdə Afrinə daxil olacaq.
Axar.az xəbər verir ki, bu iddia ilə "Türkiyə” qəzeti çıxış edib.
YPG-yə qarşı dörd əsas istiqamətdən – Reyhanlı, Hassa, İslahiyə, Kilisdən əməliyyat təşkil olunacaq. Xəbərdə əməliyyatda 7 min türk əsgəri ilə yanaşı, Azad Suriya Ordusu üzvlərinin də iştirak edəcəyi, hökumətin hərbi əməliyyat üçün Rusiya ilə razılaşdığı və prosesin 2 ay davam etməsinin ehtimal olunduğu bildirilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri müntəzəm olaraq bu şəhərdə yerləşən YPG mövqelərinə zərbələr endirir.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt