Bakı-Antalya aviareysində texniki problem aradan qaldırıldı

Bakı-Antalya aviareysində texniki problem aradan qaldırıldı
Bu gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) saat 07:25-də yerinə yetirilməsi planlaşdırılan Bakı-Antalya aviareysində texniki problem artıq aradan qaldırılıb.
AZAL-ın Mətbuat Xidmətinin rəhbəri Paşa Kəsəmənski APA-ya bildirib ki, bu dəqiqələrdə uçuş həyata keçirilir.
"Bakı-Antalya aviareysində ləngimə texniki səbəblərdən baş verib. Problem artıq öz həllini tapıb. Sərnişinlər artıq təyyarədədir. Bu dəqiqələrdə təyyarə havaya qalxacaq", - deyə P. Kəsəmənski vurğulayıb. 

GUNAZ.az 

скачать dle 12.1
Geri qayıt