Tarixi Mosul şəhəri İŞİD-dən azad edildi

Tarixi Mosul şəhəri İŞİD-dən azad edildi
İraq dövlət televiziyasının yaydığı xəbərə görə, Şərqin tarixi məəskənlərindən olan Mosul şəhəri İŞID istilaçılarından tamamilə təmizlənib. Mosul hərbi əməliyyatı 262 gün davam edib və uzun aylardan sonra bu gün İŞID-ın məğlubiyyəti ilə başa çatıb.
GUNAZ.az xəbər verir ki, İraq Müdafiə Nazirliyi Mosul əməliyyatının rəsmən başa çatdığını və bununla da İŞIDa uzun aylardan sonra ciddi zərbə vurulduğunu bəyan edib. 
Dövlətin hərbi qüvvələri bununla da bir çox tarixi yerləri terrorçulardan xilas edib. Onlardan ən sonuncusu isə məhz bu gün azad edilən Əl Nuri məscididir.
скачать dle 12.1
Geri qayıt