Rusiya, mayın 29-da Rakkaya etdikləri hava hücumu nəticəsində İŞİD lideri Bağdadini öldürdüklərini açıqladı. Bunun ardından ABŞ "Bunu təsdiq edə bilmərik” – deyə açıqlama verdi.
GUNAZ.azxarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiyə Nazrliyi 29 may gecəsi Rakkanın cənubuna SU-34 və SU-35 təyyarələri ilə gerçəkləşdirdikləri hava hücumu barədə yaydığı açıqlamada İŞİD-in rəhbər orqanında yer alan komandirləri və 300 təşkilat üzvünü öldürdüyünü bildirib. "Terror təşkilatının lideri Əbubəkr Əl Bağdadinin bu toplantıda olduğu və öldüyü xəbərini müxtəlif kanallarla təsdiq etməyə çalışırıq” – deyə, açıqlamada bildirilir.
Rusiya Müdafiyə Nazirliyinin internet səhifəsində 29 maydakı hava hücumunda hədəf götürülən və içərisində Bağdadinin də olduğu ehtimal edilən binanın görüntüləri yayımlanıb.