İraqın Əl-Müsayib şəhərində güclü partlayış törədilib. Hadisə nəticəsində azı 21 nəfər həlak olub.
İnsident nəticəsində daha 20 nəfərin yaralandığı bildirilir.
Partlayışın təfərrüatları ilə bağlı hələlik məlumat verilməyib. Hazırda hadisə yerinə polis və həkim briqadası cəlb olunub.