Jurnalist Bilal Meşe ilə aralarındakı münaqişədən (ətraflı burada) sonra milli komandadan getdiyini açıqlayan Arda Turan yeni açıqlama verib. "Hürriyyət" qəzetinə müsahibəsində o, baş verən hadisədən peşmanlıq hissi keçirmədiyini vurğulayıb:
"Mənimki qürurlu, qarşı tərəfinki qürursuz bir səhvdir. Kimsənin arxasından danışmadım, birbaşa üzünə söylədim. Yıldırım Demirörenə (Türkiyə Futbol Federasiyasının prezidenti - red.) telefonda "hirsliydim, sizə qarşı bilərəkdən söyüş söymədim" dedim. O da bildirdi ki, "çıx üzr istə, biz həll edərik". Amma üzr istəməkdənsə, getməyi üstün tutdum".