İyunun 4-nə keçən gecə "Lomdon-bric” körpüsündə terror aktı törədilib. "London-bric” körpüsü üzərində sürücü avtomobilini səkidə olan piyadaların üzərinə sürüb, daha sonra isə bıçaqla insanlara xəsarət yetirməyə başlayıb.
İnsident nəticəsində 6 nəfər ölüb, 48 nəfər yaralanıb.
Teraktı həyata keçirənlərin 3 nəfər olduğu bildirilir. Onlar polis tərəfindən zərərsizləşdirilib