Ramazan ayının başlaması ilə Türkiyə telekanallarında iftar və imsak vaxtı yayımlanan dini proqramlar yenidən efirə qayıdıb. Məşhur "hoca"ların aldıqları məvacib açıqlanıb.
Belə ki, ATV-də aparıcılıq edən Nihat Hatipoğlu Ramazan ayı boyunca 600 min lirə (təxminən 300 min manat) qazanacaq. Kanal D-nin eyni ampluada olan aparıcısı Mustafa Karataş isə 400 min lirə (təxminən 200 min manat) qonorar alacaq.
Onların rəqibi Fatih Çıtlak isə Star TV-dəki aparıcılığı ilə 150 min lirə əldə edəcək.(axşam.az)