İŞİD terror qruplaşmasının Suriyanın Deyr əz Zor şəhərinə təşkil etdiyi top atəşləri nəticəsində 15 mülki şəxs ölüb. Bu barədə Sputnik məlumat yayıb. Hücum nəticəsində xeyli insanın da yaralandığı bildirilib. Qeyd edək ki, sözügedən şəhər uzun müddətdir ki, İŞİD mühasirəsindədir.