Ukraynanın Müdafiə naziri Stefan Poltorak ehtiyatda olan zabitlərin 2017-ci ildə yenidən hərbi xidmətə çağırılması ilə bağlı sərəncam imzalayıb. Xarici mediaya istinadla xəbər verilir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Artur Artemenko məlumat verib:
"Sərəncam Ədliyyə Nazirliyinə göndərilib və təsdiqləndikdən sonra qüvvəyə minəcək. Hərbi hazırlıq keçmiş 43 yaşa qədər şəxslər orduya çağırıla bilər".
Onun sözlərinə görə, çağırışçılar ali təhsilə və hərbi rütbəyə malik olmalıdır.