Ermənistanın hüquq-mühafizə orqanları Gürcüstanla sərhəddə yerləşən "Bavra" gömrük məntəqəsinin rəisini rüşvət almaqda ittiham edərək həbs edib. Gömrük rəisi mayın 25-də Xüsusi İstintaq Xidməti tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.