"Financial Times" qəzeti Mançestrdə baş vermiş terroru Türkiyə ilə bağladı

"Financial Times" qəzeti Mançestrdə baş vermiş terroru Türkiyə ilə bağladı
İngiltərənin məhşur "Financial Times" qəzeti Mançestr şəhərində baş vermiş terror hadisəsini Türkiyə ilə bağlayıb. 
Qəzet iddia edir ki, İngiltərədə terror aktını törədən və 22 nəfərin ölümünə səbəb olan kamikadze İngiltərəyə Türkiyədən gəlib. Qəzetin bildirdiyinə görə onlar bu informasiyanı Almaniya xüsusi xidmət orqanlarından əldə ediblər. 
Terrorçu Salman Abedi partlayış törətməzdən 4 gün əvvəl Türkiyədən İngiltərəyə gəlibmiş. Qəzetin bildirdiyinə görə, terrorçu İstanbul, Düseldorf, Mançestr reysi ilə İngiltərəyə gəlib. 
Rəsmi Ankara isə məlumatları təkzib edərək bildirib ki, Mançestr terrorunu həyata keçirən kamikadzenin Türkiyədən İngiltərəyə getməsinə dair onlarda hələ ki, heç bir informasiya yoxdur. Məsələ hazırda araşdırılmaqdadır.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt