ABŞ-ın Nyu York şəhərində, Taymz meydanında avtomobil səki ilə hərəkət edən kütləyə hücum edib. "Haberler”ə istinadən xəbər verilir ki, hadisə nəticəsində bir nəfər ölüb, çoxlu sayda yaralı var. Polis ərazini mühasirəyə alıb. İnsidentin terror aktı olub-olmadığı bilinmir.
Şahidlərin sözlərinə görə, hadisə təsadüfi olmayıb. Sürücü maşını qəsdən insanların üzərinə sürüb.
Hadisə yerində çəkilən fotolardan polisin bir nəfəri saxladığı görünür.