Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda keçirilən mer seçkilərində səs verib. Parlament seçkilərində olduğu kimi bu dəfə də Sarkisyan pərt olub. Belə ki, 9/18 saylı seçki məntəqəsində barmaq izinin tanınması üçün nəzərdə tutulan aparat Sarkisyanın kimliyini tanımayıb. Ermənistan prezidentinin barmaq izi götürüləndən sonra o, səs verə bilib. Xatırladaq ki, aprelin 2-də keçirilən parlament seçkilərində də Sarkisyan oxşar durumla üzləşmişdi. Bununla ikinci dəfədir ki, erməni prezident səs verərkən pərt olur./azvision.az