İranda zəlzələ nəticəsində ölən var, 225 nəfər yaralanıb

İranda zəlzələ nəticəsində ölən var, 225 nəfər yaralanıb
İranla Türkmənistanın sərhədi yaxınlığında baş verən zəlzələ nəticəsində azı 3 nəfər həlak olub və daha 225 nəfər xəsarət alıb.
RİA Novosti-yə istinadən verilən məlumata görə, bu haqda Sinxua agentliyi xəbər verib.
Agentliyin məlumatına görə, yeraltı təkanlar nəticəsində elektrik enerjisi, qaz və su təchizatı pozulub, əhalisinin bir hissəsi rabitəsiz qalıb.
Təbii fəlakət yerində təcili tibbi yardım briqadaları və xilasedicilər işləyir.
Daha əvvəl Türkmənistan və İran sərhədi yaxınlığında 5,8 bal gücündə zəlzələnin baş verdiyi haqda məlumat verilib.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt