İsrailin ilk fəaliyyət göstərən kanallarından olan Kanal1 bağlanıb. İsrail parlamentinin qərarını canlı yayımda oxuyan aparıcı Geula Even çətinliklə tamaşaçılara vida edib.
Kanal işçilərinə vidalaşmaq üçün vaxt verilməməsini tənqid edən aparıcı, kanalın fərqli bir adla və daha kiçik miqyaslı şəkildə davam edəcəyini açıqlayıb.(axar)