Ərdoğan: Bu barədə narahatlığımızı Trampa bildirəcəyik

Biz Suriyanın bölünməsinə, parçalanmasına da qarşı olduğumuzu hər zaman demişik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sierra Leone Prezidenti Ernesto Bay Xora ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Suriya və İraqda hər bir inkişaf bizim üçün doğrudan milli təhlükəsizlik məsələsidir. Bizlər müttəfiqlərimizin terror təşkilatlarının deyil, bizim yanımızda yer almağı üstün tutacaqlarına inanmaq istəyirik. Bu mövzuda mövqeyimizi, alınan qərarla bağlı narahatlıqlarımızı 16 mayda ABŞ Prezidenti Donald Tramp ilə keçirəcəyimiz görüşlərdə ətraflı şəkildə bildirəcəyik", - Ərdoğan qeyd edib.