Çinin Hunan əyalətində kömür mədənində qəza baş verib. TASS-a istinadən xəbər verilir ki, qəza nəticəsində 3 mədənçi həlak olub, çox sayda yaralanan var. Məlumatda deyilir ki, 10-dan çox mədənçi dağıntılar altında qalıblar. Xəsarət alanların dəqiq sayı barədə məlumat verilmir.