Türkiyə Silahlı Qüvvələri bu gecə İdlib şəhərinə daxil olmaq məqsədilə sərhəddə hərbi qüvvələr cəmləşdirir. Bu sözləri Azad Suriya Ordusunun (ASO) komandanı Ziyad Hac Ubeyd kürdyönümlü "Rudav”agentliyinə açıqlamasında deyib. "Türk əsgərləri Harım və Etme bölgələrində 30 km sərhəd boyunca düzülüb. Məqsəd Əhrar əş-Şamla birgə təhlükəsizliyi təmin etməkdir”, - müxalif komandan bildirib. Qeyd edək ki, bundan öncə də bəzi ərəbdilli mətbu orqanlar türk ordusunun İdlibə həmlə edəcəyini yazsa da, Hatay Valiliyi bunun yalan olduğunu bildirmişdi.