Soçidə Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüşü başlayıb. Soçiyə gəldiyi üçün Ərdoğana təşəkkür edən Putin iki ölkə arasındakı münasibətlərin xüsusi status əldə etdiyini və tam bərpa olunduğunu bildirib. Ərdoğan isə bəyan edib ki, Rusiya və Türkiyənin birgə addımları Yaxın Şərqdəki vəziyyətə təsir etmək imkanına malikdir: "Bu gün hikitərəfli formatda münasibətləri müzakirə etmək üçün yaxşı imkan var, həmçinin regional məsələləri də müzakirə edə biləcəyik. Bizim çiyinlərimizdə ciddi iş,çox böyük məsuliyyət var. Mən əminəm ki, bizim birgə atdığımız addımlar, bütün regionun taleyini dəyişə biləcək", - deyə Ərdoğan bildirib./azvision