200 insanın qatili öldürüldü

200 insanın qatili öldürüldü

Filippində "Əbu Səyyaf” qruplaşmasının liderlərindən biri Əl-Xabsi Misaya məhv edilib.
RİA Novosti xəbər verir ki, bunu Filippin ordusunun qərargah rəisi Eduardo Ano bəyan edib.
Misayanın hökümət qüvvələri ilə terrorçular arasında baş verən atışmada öldürüldüyü bildirilir. Qruplaşma lideri həmçinin çox sayda yerli və əcnəbi vətəndaşların girov götürülməsində ittiham edilirdi. (APA)
Əl-Qaidənin yerli qanadı olan "Əbu Səyyaf" qruplaşması Filippinin cənubunda 20 ildir ki, fəaliyyət göstərir. 2004-cü ildə qruplaşmanın silahlıları Filippin tarixində ən irimiqyaslı terror aktı törədiblər. O zaman sərnişin bərəsinin partladılması nəticəsində 200-dən çox insan həyatını itirib.

 

 

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt