Metroda olay: Həyəcan siqnalı vahimə yaratdı

Metroda olay: Həyəcan siqnalı vahimə yaratdı

Moskvada hava həyəcanı siqnalının verilməsi metroda sərnişinləri qorxudub.
Platformada sərnişinlərə yüksək səslə şəhər üzrə hava həyəcanının verildiyi bildirilib.
Sərnişinlərdən biri Marina Tarabrina bildirib ki, xəbərdarlığı "Pavaletsk dairə” stansiyasında saat 11 radələrində eşidib: "Bildirdilər ki, şəhərdə hava həyəcanı elan olunub. Metroda dayanın, bütün eskalatorlar ancaq aşağıya doğru işləyir”.
Sərnişin qeyd edib ki, bu an o yuxarıya doğru hərəkət edib və 9 May – Qələbə günü ilə bağlı uğursuz aksiyadan söhbət getdiyini anlayıb.
Bununla belə, metropolitenin mətbuat katibi Andrey Krujalin hava həyəcanı barədə informasiyanı birmənalı olaraq təkzib edib: "Bu, ümumiyyətlə sayıqlamadır. Belə bir hadisə baş verməyib”.
"RİA-Novosti” isə dəqiqləşdirib ki, metroda avadanlıqlar texniki baxışdan keçirilərkən saat 11-də sözügedən rayonda texniki problem baş verib və bu, 5 dəqiqə davam edib. Nöqsan dərhal aradan qaldırılıb.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt