Rusiyada terror aktlarının sayı artıb

Rusiyada terror aktlarının sayı artıb
 Rusiyada "terror hücumu" maddəsi ilə qeydə alınan cinayətlərin sayı 2016-cı ildə 25-ə çatıb.
RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə Rusiya baş prokuroru Yuri Çaykanın ölkədə qanun və asayiş barədə hesabatında məlumat verilib.
"Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi üzrə (terror aktı) qeydə alınan cinayətlərin sayı 8-dən 25-dək artıb. Eyni zamanda, belə aktların 72%-nin qarşısı hüquq-mühafizə orqanları tərəfindən təhdid, hazırlanma və cəhd mərhələlərində alınıb", - hesabatda deyilir.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt