Çilidə güclü zəlzələ - 6,9 bal

Çilidə güclü zəlzələ - 6,9 bal
Cənubi Amerika ölkəsi Çilidə 6,9 bal gücündə zəlzələ baş verib.
Zəlzələ sahil şəhəri Valparaisodan 39 kilometr kənarda, 25 kilometr dərinlikdə baş verib.
ABŞ Geoloji Araşdırma Mərkəzinin məlumatına əsasən, zəlzələ zamanı dağıntı və xəsarət alan olmayıb.
Qeyd edək ki, Çilidə sonuncu dəfə 2010-ci ildə güclü zəlzələ baş verib. 8,8 bal gücündəki zəlzələ nəticəsində 500-dən çox adam dünyasını dəyişib.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt