Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz oğlu şahzadə Xalid bin Salmanı ABŞ-a yeni səfiri təyin edib. NTV-yə istinadən xəbər verilir ki, şahzadə döyüş təyyarələri üzrə pilotdur.
O, terrorçu İŞİD qruplaşması və Yəməndə Husi qiyamçılarına qarşı keçirilən hava əməliyyatlarında iştirak edib.
Kral Salman bin Əbdüləziz ABŞ-dakı səfirlə yanaşı, kəşfiyyat idarəsi sədirinin müavini, Quru Qoşunları komandanı və bəzi nazirləri tutduqları vəzifədən azad edib. Kral yeni kadr təyinatları ilə bağlı 40-dan çox fərman imzalayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının ABŞ-dakı keçmiş səfiri Abdullah bin Faysal idi.