Məktəbdə PARTLAYIŞ: 1 ölü, 11 yaralı - VİDEO

Məktəbdə PARTLAYIŞ: 1 ölü, 11 yaralı - VİDEO
Rusiyanın Dağıstan Muxtar Respublikasının Tsumadin rayonunun Aqvali kəndinin məktəbində qumbara partlayıb.
Lenta.ru saytına istinadən xəbər verilir ki, partlayış nəticəsində bir məktəbli həlak olub, 11-i yaralanıb.
İki məktəblinin vəziyyəti ağırdır. Qumbaranın məktəbin kompüter zalında partladığı bildirilir. Daxili İşlər Nazirliyindən bildiriblər ki, təhsil müəssisəsində döyüş sursatları ilə ehtiyatsız davranış partlayışın səbəbi olub.

GUNAZ.az


скачать dle 12.1
Geri qayıt