Ermənistanda rus hərbçini öldürən şəxs yaxalandı - Foto

Ermənistanda rus hərbçini öldürən şəxs yaxalandı - Foto
Ermənistanda rusiyalı hərbçi Dmitri Yalpayevi qətlə yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb.
Bu barədə Rusiya Cənub Hərbi Dairəsi məlumat yayıb.
"Rusiya hərbçisini öldürən şəxs Gümrü şəhər polis əməkdaşları tərəfindən tutulub. Hadisənin məişət zəminində törədildiyi güman edilir”, - açıqlamada vurğulanıb.
Qeyd edək ki, Dmitri Yalpayev Gümrüdə 102-cü hərbi bazasında xidmət keçirdi.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt