Piterdə ölənlərin sayı 16-ya çatdı

Piterdə ölənlərin sayı 16-ya çatdı
Aprelin 3-də Sankt-Peterburq metrosunda baş vermiş terror zamanı ölənlərin sayı 16-ya çatıb.
Bu barədə Sankt-Peterburq şəhərinin vitse-qubernatoru Anna Mityanina məlumat verib.
"Terror zamanı ağır yaralanan 1960-cı il təvəllüdlü şəxs aprelin 21-i saat 6:05-də vəfat edib”, - Mityanina bildirib.
Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunun "Sennaya Ploşşad" stansiyasında qatarda törədilən partlayış nəticəsində 15 nəfər həlak olmuş, 48 nəfər isə yaralanmışdı. Ölənlər 1 azərbaycanlı da var idi.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt