Bu ölkədə bir sutkada 13 partlayış baş verdi

Bu ölkədə bir sutkada 13 partlayış baş verdi
Tailandda sutka ərzində bir-birinin ardınca 13 partlayış törədilib.
APA-nın verdiyi xəbərə görə, partlayışlar Narativat, Yalla, Pattani və Sonqkla əyalətlərində baş verib.
Məlumata görə, naməlum silahlıların hədəfində polis məntəqələri olub. Ölən və yaralananlar barədə məlumat verilmir.
Partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt