İran prezidenti Təbrizə gəldi – Faciəyə görə

İran prezidenti Təbrizə gəldi – Faciəyə görə
İran Prezidenti Həsən Ruhaninin Təbrizə səfəri başlayıb.
Bu gün səhər saatlarında Təbriz Hava Limanina gələn İran prezidentini Şərqi Azərbaycan yetkililəri qarşılayıb. Prezidenti səfər zamanı Kənd Təsərrüfatı, Ekologiya və Ətaf Mühiti Qoruma nazirləri, eləcə də prezidentin qadın məsələləri üzrə müavini müşayiət edir.
Həsən Ruhani sel və daşqından xəsarət alan bölgələrin problemləri ilə maraqlanacaq, hadisə zamanı həyatını itirənlərin ailə üzvləri və yaxınları ilə görüşəcək.
Qeyd edək ki, Şərqi və Qərbi Azərbaycanda 14 apreldə baş verən daşqınlar nəticəsində 49 nəfər həyatını itirib, infrastruktura ciddi ziyan dəyib. Rəsmilərin bildirdiyinə görə, bölgənin bir çox ərazisində torpaqlar yararsız hala düşüb və onun bərpa olunması 60 il vaxt aparacaq.
Mərkəzi hakimiyyətin hadisələrə biganə yanaşması əhali arasında ciddi narazılığa səbəb olub.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt