Qara hicab geyinənlər və saqqal saxlayanlar CƏRİMƏLƏNƏCƏK - ŞOK QƏRAR
Tacikistan hakimiyyəti qara hicabın, saqqalın və ərəb üslubunda olan geyimlərin geyinilməsini qanunla qadağan edib.
GunAz.az xəbər verir ki, bu barədə "Nuz.uz" nəşri məlumat yayıb.
Məlumata görə, xarici görünüşün bu cür elementləri ölkənin milli ənənələrinə uyğun olmayan yad ünsürlər kimi qəbul edilib.
"Xüsusilə "Tacik mədəniyyətinə yad" sayılan geyimlərin gətirilməsinə və geyilməsinə qoyulan qadağaya xüsusi diqqət yetirilir... Rəsmi qurumlar bu addımı dini radikalizm və ekstremizmə qarşı mübarizə zərurəti ilə izah edirlər", - deyə məqalədə bildirilir.
Yerli hakimiyyət orqanlarının nümayəndələri əhali arasında maarifləndirmə işləri aparır və qadınları milli Tacik geyimlərinə üstünlük verməyə çağırırlar.
Eyni zamanda, hüquq-mühafizə orqanları dini ekstremizmlə assosiasiya olunan saqqal saxlayan kişilərə nəzarəti gücləndiriblər. Bu tədbirlər ölkədə milli kimliyin qorunması və radikal dini cərəyanların təsirinin azaltması məqsədilə həyata keçirilir.Musavat.com
