"Qiyamət günü radiosu" yeni şifrəli mesaj yayımladı

"Qiyamət günü radiosu" yeni şifrəli mesaj yayımladı
"UVB-76" radiostansiyası növbəti dəfə qeyri-adi şifrəli siqnal yayımlayıb.
GunAz.az xəbər verir ki, bu barədə stansiyanın yayımını monitorinq edən "UVB-76 logi" "Telegram" kanalı məlumat paylaşıb.
Cəmiyyətdə "Qiyamət günü radiosu" kimi tanınan bu stansiyada dördgünlük sükutdan sonra Moskva vaxtı ilə saat 11:39-da (Bakı vaxtı ilə 12:39 - red.) yeni kodlaşdırılmış mətni dinləmək mümkün olub. Həmin şifrənin tərkibində "adoqlet" kəlməsi yer alıb ki, bu ifadəyə indiyədək "UVB-76"nın heç bir yayımında rast gəlinməyib.
Qeyd edək ki, "UVB-76" fəaliyyətinə 1976-cı ildə başlamış qısadalğalı radiostansiyadır. Efir vaxtının əsas hissəsini davamlı küy və spesifik səs tutduğu üçün radiohəvəskarlar ona "Vızıldayan" ("Jujjalka") ləqəbini veriblər. Bu stansiyanın tezliklərində yayımlanan gizli mesajlar sosial şəbəkə istifadəçiləri tərəfindən, adətən, dünyada baş verən mühüm proseslərlə əlaqələndirilir.
скачать dle 12.1
Geri qayıt