Tramp husiləri hədələdi
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) Qırmızı dənizi bağlayacağı təqdirdə Vaşinqton adekvat tədbirlər görəcək.
GunAz.az bu barədə "Interfax" agentliyinə istinadən xəbər verir.
"Hələlik blokada baş verməyib, lakin bu, mümkündür. Əgər belə bir şey baş verərsə, biz bununla məşğul olacağıq", - deyə Tramp husilərin Qırmızı dənizi blokadaya alması ilə bağlı sualı cavablandırarkən bildirib.
Xatırladaq ki, ötən gün husilər Yəmən limanlarının blokadasına və Səna beynəlxalq hava limanına edilən hücuma cavab olaraq Səudiyyə Ərəbistanının dəniz blokadasını elan etdiklərini bildiriblər.
İyulun 21-də husilər bəyan ediblər ki, Səudiyyə Ərəbistanına qarşı elan etdikləri dəniz blokadası Səudiyyə limanlarına daxil olan və oradan çıxan bütün dəniz nəqliyyatına şamil edilir.