Klinton seçilə bilmədiyi üçün Obamadan üzr istədi

Klinton seçilə bilmədiyi üçün Obamadan üzr istədi
ABŞ-ın keçmiş dövlət katibi, prezidentliyə keçmiş namizəd Hillari Klinton 2016-cı il prezident seçkilərindəki məğlubiyyətinə görə ABŞ-ın keçmiş prezidenti Barak Obamadan üzr istəyib.
Bu barədə "Vaşinqton Post” qəzeti Hillari Klintonun yeni kitabına istinadən məlumat yayıb.
"ABŞ-ın yeni liderinin kimliyi bəlli olan kimi axşam Barak Obama Klintona zəng edərək, onu məğlubiyyətini qəbul etməyə çağırdı. Keçmiş dövlət katibi də razılaşaraq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı təbrik etdi. Bir neçə dəqiqədən sonra Klinton Obamaya zəng edib dedi: "Cənab prezident, bağışlayın”, - qəzet yazıb.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt