SEPAHdan ABŞ hərbi obyektlərinə zərbə

SEPAHdan ABŞ hərbi obyektlərinə zərbə
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-a məxsus hərbi infrastruktur obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
GunAz.az xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda bildirilir ki, "Nəsr-2" əməliyyatının 24-cü mərhələsi çərçivəsində raket və pilotsuz uçuş aparatları ilə eyni vaxtda həyata keçirilən hücum nəticəsində Bəhreynin Mühərrək şəhərində yerləşən ABŞ radiolokasiya stansiyası və Riffa şəhərindəki Patriot hava hücumundan müdafiə sistemi tamamilə məhv edilib.
ABŞ və Bəhreyn rəsmiləri SEPAH-ın bu iddialarına hələlik münasibət bildirməyiblər.
скачать dle 12.1
Geri qayıt