Mosulda İŞİD komandiri öldürülüb. Bu haqda İraq Federal Polisi məlumat yayıb.
Hadisə Mosulun qərbində raket hücumu nəticəsində baş verib.
Öldürülən İŞİD komandirinin Əbu Hacir ər-Rusi ləqəbli Rusiya vətəndaşı olduğu ehtimal olunur.
İraq polisinin məlumatına görə, onun əsl adı və hansı ölkənin vətəndaşı olması haqda məlumatlar dəqiq deyil.
Qeyd edək ki, İraq qüvvələri tərəfindən Mosul şəhərinin qərb hissəsi geri alındıqdan sonra İŞİD bu əraziləri ələ keçirmək üçün yenidən əməliyyatlara başlayıb.